"Bavariya"nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
 
Matc.az xəbər verir ki, ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. "Bavariya"nın müdafiəçisi Yozua Kimmix 3-cü olub.
 
Levandovski bu turnirdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün "Bavariya" Meksikanın "Tiqres" klubuna 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest