"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçı da buraxacaq.
 
Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi hələ kollektiv çalışmalara qoşulmayıb.
 
Klubdan "Report"a verilən məlumata görə, zədəsini tam sağaltmayan xorvat oyunçu məşqlərini fərdi qaydada davam etdirir.
 
Qeyd edək ki, Filip Ozobiç son rəsmi oyununu 2020-ci il dekabrın 24-də Premyer Liqanın XII turunda "Zirə"yə (3:2) qarşı keçirib.
 
Fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest