Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Futbol üzrə Moldova milli komandası yeni baş məşqçiyə həvalə olunub.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin çalışdıracaq.
 
Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. 
 
İtaliyalı baş məşqçi bu postda türkiyəli Engin Fıratı əvəzləyib. Onun müqaviləsi 2021-ci il noyabrın 15-də başa çatacaqdı. Bordin Moldova yığması ilə dünya çempionatının seçmə mərhələsində uğur qazanmağa çalışacaq.
 
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub. O, Azərbaycan klubundan ayrılandan bəri işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest