Futbol üzrə Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" – "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Belə ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da yox, Bakı vaxtı ilə 17:00-da başlayacaq.
 
Qeyd edək ki, bu həftənin sonu üçün İstanbul şəhərində güclü qar yağıntısı gözlənilir. Fevralın 14-də keçiriləcək "Qalatasaray" - "Kasımpaşa" matçı ilə bağlı dəyişikliyə də məhz bu səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest