İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu zədələnib.
 
Matc.az xəbər verir ki, Premeyr Liqanın sonuncu qalibi yarımmüdafiəçi Fabinyonun xidmətindən məhrum olub.
 
28 yaşlı braziliyalı oyunçu fevralın 13-də Premyer Liqanın 24-cü turu çərçivəsində baş tutacaq "Lester Siti" ilə matçı buraxacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
 
Qeyd edək ki, "Liverpul"da Vircil van Deyk, Joel Matip, Co Qomes, Nabi Keyta və Dieqo Jota kimi aparıcı futbolçular da zədə səbəbindən komandaya kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest