Almaniya çempionu "Bavariya" "Leypsiq"in müdafiəçisi Dayot Upamekanonun transferini həll edib.
 
Matc.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə ilkin razılıq əldə olunub.
 
Bunu "Bavariya"nın idman direktoru Hasan Salihamiciç də təsdiqləyib. O, "Bild" nəşrinə açıqlamasında Upamekano ilə uzun müddətdir danışıqlar apardıqlarını və tərəflər arasında razılıq əldə olunduğunu bildirib.
 
"Bavariya" Fransa millisinin üzvü üçün "Leypsiq"ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.
 
Upamekano 2017-ci ildən "Leypsiq"in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə "Liferinq" və "Zalsburq"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest