Almaniyanın "Leypsiq" klubu icarə əsasında komandada çıxış edən Anxelinyonun transer hüquqlarını alıb.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Anxelinyo ötən ilin yanvarında "Mançester Siti"dən icarə əsasında "Leypsiq"ə keçmişdi. Almaniya təmsilçisi 18 milyon avro ödəyərək müdafiəçinin transfer hüquqlarını alıb.
 
Anxelinyo bu mövsüm "Leypsiq"in heyətində 29 oyuna çıxıb, 8 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest