Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Sanat Naft"la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, "Maşinsazi"nin cari mövsümdəki ilk qələbəsi olub. 
 
Keçirdiyi 15 oyuna cəmi 8 xal toplamış "Maşinsazi" 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor" klubu isə 19 xalla 8-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest