Aue təmsilçisi səfərdə "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 72-ci dəqiqəsində meydana buraxılıb.
 
21 turdan sonra 29 xala malik "Ersgebirge" 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest