Türkiyənin "Trabzonspor" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Sonuncu COVİD-19 testləri pozitiv çıxan futbolçuların adları açıqlanmayıb. Onlar karantinə alınıblar.
 
Qeyd edək ki, "Trabzonspor" Super Liqada bu mövsüm keçirdiyi 24 oyuna 45 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest