Futbol üzrə İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion "Liverpul" çətin "Lester" səfərinə yollanıb. "Qırmızılar" bu oyunda hesabı açdıqları halda, meydanı məğlub tərk ediblər. Lider "Mançester Siti"nin bu turdakı rəqibi isə Joze Mourinyonun çalışdırdığı "Tottenhem" olub. "Şəhərlilər" bu oyunda 3 cavabsız qola seviniblər.
"Kristal Pelas" evdə "Bernli"yə böyük hesabla uduzubsa, "Brayton" – "Aston Villa" matçında qapılara qol vurulmayıb.
İngiltərə Premyer Liqası
24-cü tur
13 fevral
Lester Siti – Liverpul 3:1
Qol: Meddison, 78. Vardi, 81. Barnes, 85 – Salah, 67.
Kristal Pelas – Bernli 0:3
Qol: Qudmundsson, 5. Rodriqes, 10. Louton, 47.
Mançester Siti – Tottenhem 3:0
Qol: Rodri, 23-pen. İ.Gündoğan, 50; 66.
Brayton – Aston Villa 0:0
14 fevral
16:00 Sauthempton – Vulverhempton
18:00 Vest Bromviç – Mançester Yunayted
20:30 Arsenal – Lids
23:00 Everton – Fulhem
15 fevral
22:00 Vest Hem – Şeffild Yunayted
00:00 çelsi – Nyukasl