Yerli mətbuatın yazdığına görə, "Bavariya" Fransa millisinin üzvü üçün "Leypsiq"ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.

Almaniyanın "Bavariya" klubu "Leypsiq"in müdafiəçisi Dayot Upamekanonu heyətinə qatdığını rəsmən açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Almaniya çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Upamekano komandaya bu il iyulun 1-dən qoşulacaq.
 
Yerli mətbuatın yazdığına görə, "Bavariya" Fransa millisinin üzvü üçün "Leypsiq"ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.
 
Upamekano 2017-ci ildən "Leypsiq"in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə "Liferinq" və "Zalsburq"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest