"Tottenhem" İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olub.
 
Matc.az xəbər verir ki, London klubu keçirdiyi son iki oyunda ümumilikdə 8 qol buraxıb.
 
Bu, "Tottenhem"in baş məşqçisi Joze Mourinyonun karyerasında ən pis göstəricidir. Portuqaliyalı mütəxəssisin komandaları indiyədək bütün turnirlər nəzərə alınmaqla iki oyunda 8 qol buraxmamışdı.
 
Bundan əvvəlki oyunda "Tottenhem" "Everton"a 4:5 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest