Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Saypa" ilə qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Cənubi Azərbaycanın digər təmsilçisi "Maşinsazi" klubu isə bu turda "Sanat Naft"la ev oyunundan qalib ayrılıb - 1:0.
 
15 turdan sonra 22 xalı olan "Traktor" 16 kollektiv arasında 8-ci, 8 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest