"Sumqayıt" öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə "Rəvan"ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

"Sumqayıt" mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda "Səbail"in qapısından üç cavabsız top keçirib.

"Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə "Sabah"ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.
 

"Sumqayıt" öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə "Rəvan"ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest