UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:
 
"Neftçi" - 74 633.71 avro
 
"Səbail" - 74 633.71 avro
 
"Qəbələ" - 74 633.71 avro
 
"Zirə" - 74 633.71 avro
 
"Sumqayıt" -74 633.71 avro
 
"Sabah" - 74 633.71 avro
 
"Keşlə" - 74 633.71 avro
 
Qeyd edək ki, "Keşlə" FK üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest