İspaniyanın "Real" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dani Karvaxal sıradan çıxıb.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müdafiəçi "Real"ın La Liqanın 23-cü turunda "Valensiya"ya qarşı keçirdiyi oyunda (2:0) zədələnib.
 
Karvaxalın son durumu tibbi müayinədən sonra bilinəcək. 29 yaşlı futbolçunun La Liqanın 24-cü turunun "Valyadolid"lə səfər matçını buraxacağı dəqiqdir.
 
"Real"da Karvaxalla yanaşı, Serxio Ramos, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militao, Alvaro Odriosola da zədəlidir.
 
"Valyadolid" – "Real" matçı fevralın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest