Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FİFA ilə videokonfrans formatında ilk görüş keçirilib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, proses bu ilin martından mərhələli şəkildə təmin olunacaq.
 
Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.
 
Sonuncu - 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.
 
Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest