"Qəbələ"nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun yeri və vaxtı dəqiqləşib.
 
Matc.az xəbər verir ki, çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar"ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.
 
Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Skopyedəki Təlim-Məşq Mərkəzində keçiriləcək.
 
UEFA Gənclər Liqası
çempionlar yolu
1/32 final
4 mart
 
16:30. "Şkendiya" – "Qəbələ"
Skopye. Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest