Almaniyanın "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinə 2021/22 mövsümündən etibarən hazırda Münhenqladbax "Borussiya"sını çalışdıran Marko Roze rəhbərlik edəcək.
 
Bu barədə Münhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssis bununla bağlı rəhbərliyi məlumatlandırıb. Artıq Bundesliqa təmsilçiləri arasında ilkin razılıq əldə olunub.
 
Qeyd edək ki, Dortmund "Borussiya"sında Lüsyen Favrın istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsi müvəqqəti olaraq onun köməkçisi Edin Terziçə tapşırılıb.
 
Marko Roze məşqçiliyə Leypsiq "Lokomotiv"ində başlayıb. O, daha sonra 2017-2019-cu illərdə "Zalsburq"a rəhbərlik edib. 2019-cu ildən isə Münhenqladbax "Borussiya"sını çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest