Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 12-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Sabah-2" – MOİK oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Zaqatala" – "Kəpəz" oyununda "Zaqatala"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimələnib.
 
"Turan Tovuz" - "Keşlə-2" oyununda "Keşlə"nin futbolçusu Emil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.
 
"Neftçi-2" - "Qarabağ-2" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Qarabağ"ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Qarabağ"ın futbolçusu Tolqar Yaqubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.
 
"Qaradağ Lökbatan" - "Sumqayıt-2" oyununda hakimlər isti su ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub. Xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub. "Qaradağ Lökbatan" klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest