Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçi Duqlas Kosta zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu Bundesliqanın 21-ci turunun "Arminiya" ilə matçından əvvəl keçirilən məşqdə zədələnib.
 
30 yaşlı futbolçunun sağalma müddəti hələ açıqlanmayıb.
 
Qeyd edək ki, "Bavariya" – "Arminiya" matçında qalib müəyyənləşməyib - 3:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest