"Barselona"nın kapitanı Lionel Messi PSJ-nin hücumçusu Neymarın mümkün dönüşü barədə fikirlərini bildirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu "sambaçı"nın transferinə sevinəcəyini söyləyib.

Ancaq Leo bunun asan başa gəlməyəcəyini vurğulayıb: "Hər şey çox çətindi. Neymar qayıtsa, çox sevinərik. Neymar həm meydanda, həm də ondan kənarda komanda üçün çox şey demək idi. Biz Neymarla dostuq, birlikdə çox gözəl vaxt keçirmişik. Ancaq onun PSJ-dən ayrılması çətin olacaq. Onlar Neymarı asanlıqla buraxmayacaqlar".

31 yaşlı superulduz Kriştianu Ronaldonun "Real"dan "Yuventus"a transferini də dəyərləndirib. O, portuqaliyalı ilə rəqabətin azarkeşləri xoşbəxt etdiyini deyib: "Futbolu sevirəm. Ancaq mənim üçün ailə ilk sıradadı. Ronaldo ilə mənim rəqabətim isə azarkeşlər üçün gözəl və maraqlı idi".

Messi "Qızıl top" mükafatını qazanmayacağını öncədən bildiyini də əlavə edib: "Açığı, "Qızıl top" uğrunda mübarizədə özümü namizəd görmürdüm. Namizədlərin adlarını eşitdikdən sonra da bu ad uğrunda yarışmayacağımı bildim. Bundan sonra dördüncü və ya beşinci olub-olmadığımı dinləmədim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest