"Keşlə"nin bu qış fasiləsində yollarını ayırdığı Alvaro Tavares Azərbaycan karyerasını dəyərləndirib.

"Keşlə"nin bu qış fasiləsində yollarını ayırdığı Alvaro Tavares Azərbaycan karyerasını dəyərləndirib.
 
Matc.az xəbər verir ki, "Keşlə"də icarə əsasında çıxış edən, müqavilə ilə məxsus olduğu "Lvov"a qayıtmaq məcburiyyətində qalan braziliyalı hücumçu Ukrayna klubunun rəsmi saytına müsahibəsində Bakı təmsilçisində istədiyi qədər şans qazanmamasından şikayətlənib:
 
"Yenidən "Lvov"da oynayacağımı öyrəndikdə çox sevindim. Həqiqətən də, ayrılmağa ehtiyacım olmadığı bir komandaya qayıtmaq xoşdur. "Keşlə"də mənə kifayət qədər oyun şansı verilmədi. Yaxşı məşq keçirdim və əldə etdiyim az sayda fürsət zamanı komandaya kömək edə bildim. Rəsmi görüşlərdə bir neçə dəqiqə keçirməyimin səbəblərini başa düşmədim. Buna görə müqavilənin erkən ləğv edilməsini xahiş etdim və Lvova qayıtdım".
 
Qeyd edək ki, Alvaro Tavares "Keşlə"nin heyətində cəmi 6 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest