"Neftçi"nin sabiq yarımmüdafiəçisi Vangelis Platellas Azərbaycan karyerası barədə xatirələrini bölüşüb.
 
Matc.az xəbər verir ki, hazırda Yunanıstanın ikinci liqasında mübarizə aparan "İonikos" klubunda forma geyinən 33 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Azərbaycan haqqında xoş ifadələr işlədib:
 
"Neftçi"yə keçməklə karyeramda ilk dəfə Yunanıstandan ayrılmışdım. Bu, mənim üçün həyat təcrübəsi idi. Burada gördüklərimdən fərqli şeylər yaşadım. Azərbaycan eşitdiyimiz kimi deyil, orada şərtlər tamamilə fərqli və çox gözəldir".
 
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyulunadək Neftçi"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest