Matc.az sizi Ukraynanın "Minay" klubunun hücumçusu Anatoli Nuriyevin müsahibəsi ilə tanış edir:

Matc.az sizi Ukraynanın "Minay" klubunun hücumçusu Anatoli Nuriyevin müsahibəsi ilə tanış edir:
 
- Azərbaycanla nə kimi bağlılığınız var?
- Mən 1996-cı ildə Ukraynanın Mukaçevo şəhərində anadan olmuşum. Burada doğulsam da, Azərbaycanla bağlılığım var. Atamın babası azərbaycanlıdır.
 
- Nə vaxtsa Azərbaycanda olmusunuz?
- Xeyr, indiyədək heç vaxt bu ölkədə olmamışam.
 
- Burada qohumlarınız var?
- Deyəsən, hazırda orada yaşayan yaxınlarımız var. Amma ailələr arasında əlaqə, gediş-gəliş yoxdur.
 
- Futbola necə gəlmisiniz?
- Futbola Mukaçevo şəhərinin "Sokolyat" komandasında başlamışam. 2013 - 2016-cı illərdə "Hoverla"da oynadıqdan sonra "Stal" klubuna keçmişəm. 2018-ci ildən isə "Minay"da çıxış edirəm.
 
- AFFA-dan Azərbaycan millisində oynamaqla bağlı təklif almısınız. Hazırda məsələ nə yerdədir?
- Hələ milli komanda ilə bağlı suala cavab vermək istəmirəm. Qəti qərar verildikdən sonra bu barədə danışmaq olar. İndi şərh vermək tezdir.
 
- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Antalyada oyununuzu izləyib və çox bəyənib. Onunla görüşmək imknanınız oldu?
- Az öncə də dediyim kimi, milli barədə danışmaq istəmirəm. Məsələ həllini tapsın, sonra istədiyiniz suala cavab verəcəyəm. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest