Futbol üzrə İspaniya yığmasının və "Barselona"nın sabiq yarımmüdafiəçisi Marti Verxes dünyasını dəyişib.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Keçmiş futbolçu 86 yaşında vəfat edib.
 
Qeyd edək ki, Marti Verxes 1956-1966-cı illər aralığında formasını geyindiyi "Barselona"da 285 matça çıxıb. O, 1958/59, 1959/60 mövsümlərində İspaniya çempionatının, 1956/57, 1958/59, 1962/63 mövsümlərində ölkə kubokunun qalibi olub. Verxes həmçinin üç dəfə indiki Avropa Liqasının (1955/58, 1958/60, 1965/66) qızıl medallarını əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest