Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.
 
Matc.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov yığmanın məşq etməsi üçün razılıq alındığını söyləyib.
 
Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
 
Yığma iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest