"Qarabağ"ın hücumçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv" klubunun gündəmindədir.
 
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində məlumat verib.
 
O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".
 
Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest