"Zirə"nin müdafiəçisi Adil Nağıyev karyerasını "Sumqayıt"da davam etdirəcək. Matç.az saytının məlumatına görə, 23 yaşlı futbolçu bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Nağıyevin keçidi müqabilində "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə əks marşrut üzrə hərəkət edib. Adilin "gənclik şəhəri" təmsilçisi ilə müqaviləsinin detalları da müəyyənləşib. O, "kimyaçılar"la 6 ay + 1 illik sazişə qol çəkəcək. Yəni mərkəz müdafiəçisi mövsümün ikinci yarısında özünü yaxşı tərəfdən göstərə bilsə, yayda onun anlaşması daha bir il müddətinə uzadılacaq.

Qeyd edək ki, Adil Nağıyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında "Zirə"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest