Avstriyanın "Zalsburq" klubunun və Mali milli komandasının üzvləri Məhəmməd Kamara və Seku Koyta cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, UEFA hər iki futbolçunu dopinq istifadə etdiyi üçün üç aylıq futboldan diskvalifikasiya edib. 
 
Bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu 3 ay müddətinə həm milli, həm də klub səviyyəsində yarışlardan kənarlaşdırılıb.
 
Kamara və Koyta Mali milli komandasının düşərgəsində dopinq qəbul edib. Onlar qadağan olunmuş maddəni yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər. Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən stadionda keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest