Türkiyənin "Trabzonspor" klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisinin daha bir əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.
 
Daha öncə Trabzon klubunda 7 futbolçu və 2 işçinin koronavirusa yoluxduğu açıqlanmışdı.
 
Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində səfərdə "Başakşəhər"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest