"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib. 
 
Matc.az xəbər verir ki, o, səfər zamanı Ağdam klubunu da ziyarət edib.
 
Komandanın keçmiş futbolçusu ilə uşaq futboluyla bağlı potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu bu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. Albaniyalı müdafiəçi "Qarabağ"dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. O, hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest