Türkiyə Super Liqasına təyinat alan futbol hakimlərindən biri koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxan hakimin simptom göstərmədiyi, lakin karantinə alındığı diqqətə çatdırılıb. 10 günlük təcrid olunan referinin kimliyi açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest