"Zirə"də qış fasiləsində ilk rəsmi ayrılıq baş tutub. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, müdafiəçi Adil Nağıyev yola salınıb.

Paytaxt təmsilçisi 23 yaşlı oyunçunun cari mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verib. Nağıyev yaxın saatlarda yeni komandası "Sumqayıt"la sözləşmə imzalayacaq.

Qeyd edək ki, Adil Nağıyev bu mövsüm Topaz Premyer Liqasında 12 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest