Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Yohan Kabay karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, 17 illik karyerasına son qoyduğunu bəyan edib. Kabay bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.
 
Qeyd edək ki, Yohan Kabay Fransada "Lill", PSJ, "Sent-Etyen", İngiltərədə "Nyukasl", "Kristal Pelas" və Birləşmiş Ərəb Əmirliklərində "Əl-Nəsr"in formasını geyinib.
 
Fransa yığmasında 38 matça çıxan futbolçu, 4 qola imza atıb. üç dəfə Fransa çempionu olan Kabay, iki dəfə ölkə kubokunda, bir dəfə də Liqa kubokunda çempionluq sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest