Futbol üzrə Azərbaycan millisinin məşqçisi Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.
 
Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis "Cittaceleste"yə müsahibəsində məqsədlərinin həmişə inkişaf etmək olduğunu vurğulayıb:
 
"Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. Bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq.
 
Dç-2022-nin seçmə mərhələsindəki qrupumuz çox çətindir. Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".
 
Azərbaycan millisi Dç-2022-nin seçmə mərhələsində ilk görüşünü martın 24-də Portuqaliyaya qarşı keçirəcək. Martın 30-da Serbiyanı qəbul edəcək yığma 27-də Avstriyada Qətərlə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest