UEFA avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra klubların yeni reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, oynanılan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
 
Azərbaycan klubları arasında "Qarabağ" ən yaxşı göstəriciyə malik olan komandadı. Mövqeyi dəyişməz qalan Ağdam təmsilçi 21,000 xalla "Feyenoord" (Niderland), LASK (Avstriya) və "Styaua" (Rumıniya) ilə birgə 67-70-ci pillələri bölüşdürür.
 
"Qəbələ" isə 5,500 xalla 209-217-ci yerləri bölüşür. Mövqeyini qoruyan təmsilçimizlə "Riqa" (Latviya), "Proqres" (Lüksemburq), "Honved" (Macarısta), "Vaduts" (Lixtenşteyn), "Kalyu" (Estoniya), HİK (Finlandiya), "Lütsern" (İsveçrə), "Vitorul" (Rumıniya) və "Domjale"nin (Sloveniya) eyni xalı var.
 
"Qarabağ" və "Qəbələ"dən fərqli olaraq, "Neftçi" reytinqdə geriləyib. Paytaxt klubu 244-248-ci yerləri bölüşür. Komandanın şərikləri "Dunayska Ştreda" (Slovakiya), "KuPS" (Finlandiya), "Dinamo" (Belarus), "Ararat Armeniya" (Ermənistan) və "Hafnarfyordur" (İslandiya) klublarıdı.
 
Azərbaycanın digər klubları - "Keşlə", "Sumqayıt", "Səbail", "Zirə" və "Kəpəz" 2,500 xalla 301-ci yerə şərikdi.
 
Qeyd edək ki, siyahıya "Bavariya" (127,000) başçılıq edir. "Barselona" (121,000) 2-ci, "Yuventus" (118,000) 3-cüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest