Almaniyanın "Ştutqart" klubu baş məşqçisi Pelleqrino Mataratso ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
43 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək yeni müqavilə imzalanıb.
 
Pelleqrinonun əvvəlki sözləşməsi 2022-ci ilin yayına qədər idi. İtaliya əsilli ABŞ-lı mütəxəssis 2019-cu ilin dekabrından "Ştutqart"a rəhbərlik edir.
 
"Ştutqart" Bundesliqada bu mövsüm 21 oyuna topladığı 26 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest