"Sabah"ın hücumçusu Kevin Kubemba Fransa mətbuatına açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Actu" nəşrinə danışan 27 yaşlı hücumçu Azərbaycandakı karyerasıyla bağlı fikirlərini bildirib:
 
"Dənizə yaxın yerdəyəm. Burda temperatur 10 dərəcədir və ölkə tam inkişafdadır. Burda çoxlu təbii qaynaqlar var.
 
"Sabah"da hər şey var, ingilis dilində müzakirələr edirik, tərcüməçimiz var və komandada fransız Amadu Diallonun olması da bir üstünlükdür.
 
14 fevralda keçirilən "Zirə" ilə oyunda iki qol vurdum. Daha əvvəl koronavirusa yoluxmuşdum, 7 gün karantində qaldım. Qış fasiləsindən sonra çempionat yenidən başlayıb və yuxarı pillələrə yüksəlmək istəyirik".
 
Kubemba bu mövsüm "Sabah"da 14 oyunda 5 qol vurub. "Sabah" Premyer Liqada 7-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest