Futbol üzrə Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Franfurt "Ayntraxt"ının hücumçusu Andre Silva ötən ayın ən yaxşısı elan olunub.
 
Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ötən ay iştirak etdiyi 6 matçda 7 qol vurub.
 
Silva bu mövsüm Bundesliqada ümumilikdə 20 oyunda 18 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest