İspaniyanın "Yuventud Los Karmenes" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Qonsalo Baraona Martin cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Şurası "Mentemoy Boadilya" ilə matçda hakimi vuran Qonsaloya ağır cəza verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Qonsalo federasiya tərəfindən 73 oyunluq diskvalifikasiya edilib. Məşqçi hakimə hədə-qorxu gəldiyi üçün 13, texniki zonanı tərk etdiyi və şiddətli davranışına görə 20, tibbi müdaxiləyə ehtiyacı olan hakimə hücuma görə isə 40 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest