Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Minay"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 14-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Aleksandriya" 15 turdan sonra 22 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest