Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
"Bernli" – "Vest Bromviç" görüşündə qapılara qol vurulmayıb. "Fulhem" isə "Şeffild Yunayted"i məğlub yola salıb.
 
Tomas Tuxelin rəhbərlik etdiyi "çelsi" bu turda çətin "Sauthempton" səfərinə yollanıb və xal itkisi ilə üzləşib.
 
Ardıcıl üç oyundur məğlub olan son çempion "Liverpul"un bu dəfəki rəqibi Mersisaydın digər təmsilçisi "Everton" olub. "Qırmızılar" derbidən də məğlub ayrılıblar.
 
İngiltərə Premyer Liqası
25-ci tur
19 fevral
 
Vulverhempton – Lids 1:0
Qol: Melye, 64-öz qapısına.
 
20 fevral
 
Sauthempton – çelsi 1:1
Qol: Minamino, 33 – Mount, 54-pen.
 
Bernli – Vest Bromviç 0:0
 
Liverpul – Everton 0:2
Qol: Riçarlison, 3. Siqurdsson, 83-pen.
 
Fulhem – Şeffild Yunayted 1:0
Qol: Lukman, 61.
 
21 fevral
 
16:00 Vest Hem – Tottenhem
18:00 Aston Villa – Lester
20:30 Arsenal – Mançester Siti
23:00 Mançester Yunayted – Nyukasl
 
22 fevral
 
00:00 Brayton – Kristal Pelas

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest