"Liverpul" İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində "Everton"la qarşılaşıb.
 
Matc.az xəbər verir ki, "qırmızılar" doğma meydanda baş tutan Mersisayd derbisindən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Bu, Yurgen Kloppun komandasının ardıcıl dördüncü məğlubiyyətidir. Sözügedən kollektiv əvvəlki turlarda səfərdə "Lester Siti"yə (1:3), evdə isə "Mançester Siti" (1:4) və "Brayton"a (0:1) uduzmuşdu.
 
"Liverpul" bu nəticələrdən sonra bəzi uğursuz seriyalara imza atıb. Məsələ burasındadır ki, "qırmızılar" 2002-ci ildən bu yana ilk dəfə Premyer Liqada ardıcıl 4 görüşdə məğlub olub.
 
Liverpullular 1999-cu ildən sonra ilk dəfə doğma meydanda "Everton"a məğlub olub.
 
Bundan başqa, sözügedən komanda 1923-cü ildən bu yana ilk dəfə çempionatda ardıcıl 4 ev oyununda məğlub olub. Klub, bu baxımdan əvvəlki antirekordunu təkrarlayıb.
 
"Liverpul" bu mövsüm keçirdiyi 25 oyuna topladığı 40 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest