İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Cordan Henderson zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 25-ci turunun "Everton"la matçında (0:2) zədələnən Hendersonun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Liverpul"da Fabinyo, Vircil Van Deyk, Dioqo Jota, Co Qomes, Joel Matip də zədə səbəbindən uzun müddətdir komandaya kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest