Braziliyalı sabiq futbolçu Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında koronavirusdan vəfat edib.
 
Matc.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı "Tvitter" səhifəsində qara foto qoyub.
 
Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirmişdi. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.
 
Ronaldinyo karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Sabiq futbolçu 2005-ci ildə "qızıl top" mükafatını qazanıb. O, PSJ, "Barselona", "Milan" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest