İtaliyanın "Kalyari" klubu baş məşqçi Eusebio Di Françeskonu istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Onun köməkçiləri də istefaya göndərilib.
 
Qeyd edək ki, Di Françesko "Kalyari"yə ötən ilin 3 avqustundan etibarən rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında A Seriyasının cari mövsümündə 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest