Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Zaqatala" doğma meydanda "Qarabağ-2" ilə qarşılaşıb. Ağdam klubunun əvəzediciləri bu oyunda minimal hesabla məğlub olub.
 
Turun qalan görüşləri sabah keçiriləcək:
 
Birinci Divizion
14-cü tur
23 fevral
 
"Zaqatala" – "Qarabağ-2" 1:0
Qol: Xəqani Sadıxov, 35.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
 
24 fevral
 
14:00. "Sabah-2" – "Keşlə-2"
14:00. MOİK – "Kəpəz"
14:00. "Turan Tovuz" – "Qaradağ Lökbatan"
15:00. "Neftçi-2" – "Sumqayıt-2"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest