"Qarabağ"ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram"

"Qarabağ"ın heyətində 100-cü oyununu keçirmiş Abdullah Zubir yubiley matçı barədə fikrini bölüşüb.
 
Matc.az xəbər verir ki, yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında buna görə xoşbəxt olduğunu dilə gətirib:
 
"Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da "Qarabağ" forması ilə 100 oyun keçirmək qürurvericidir. çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm".
 
Zubir klubla müqaviləsini 3 il artırmasından da danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib: "Qarabağ"ın necə iddialı olduğu hər kəsə məlumdur. özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmaq və "Qarabağ"ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest